Tofiq Sadıqov icra başçısının adından məktəb müəllimlərindən pul tələb edir
Tarix: 27-04-2015, 09:38 | Çap et
Tofiq Sadıqov icra başçısının adından məktəb müəllimlərindən pul tələb edir
Azərbaycanda hər il mayın 10-da keçirilən «Gül Bayramı» artıq bəzi məmurların gəlir mənbəyinə çevrilib. Əvvəllər yalnız Bakıda keçirilən tədbirin, sonradan rayonlara da yayılması bir çoxlarının işinə yarayıb. Çünki paytaxtda xərclənən milyonların müqabilində, rayonlarda bu on minlərlə manatlıq müftə qazanc yeri olub.

JAM.AZ xəbər verir ki, Beyləqanda «Gül Bayramı» ilə əlaqədar yığım artıq başlayıb. Məlumata görə, rayonun təhsil şöbəsinin müdiri Tofiq Seyidov bütün orta məktəblərdən bayramla əlaqədar pul tələb edir. İddia olunur ki, məcburi xarakter almış «kampaniya» çərçivəsində bir neçə yüz min manatın toplanılması nəzərdə tutulub. Həmin pulla isə rayonda bir neçə on min manatlıq «Gül Bayramı» keçiriləcək.

Bəs, yerdə qalan pulların aqibəti necə olacaq? JAM.AZ-a verilən məlumatda deyilir ki, təhsil şöbəsinin müdiri Tofiq Seyidov bu addımın təkbaşına deyil, Beyləqanın icra başçısı Vaqif Abdullayevin göstərişinə əsasən atıldığını vurğulayır. Bütün məktəb direktorlarına da qəti xəbərdarlıq edilib ki, etiraz edənləri təhsil sistemindən qovacaq. Pulun isə icra başçısı ilə bərabər şəkildə bölüşdürüləcəyi iddia olunur.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net