O , jurnalist çalışdığı dövrdə, elə bu gün də cəmiyyət arasında olaraq, əhalinin problem və qayğılarını diqqətdə saxlayır
Xəbər verdiyimiz kimi, BTV artıq paytaxt və bölgələrdə “Deputat və seçici” adlı layihəyə start verib. Məqsəd deputatlarla seçicilər arasındakı münasibəti ictimaiyyətə çatdırmaqdır. Bu dəfə yolumuz Tərtər rayonunadır. Görək Tərtərlilər seçdiyi millət vəkilini tanıyırmı?
Apardığımız sorğudan aydın olan odur ki , Sahib Alıyev öz seçiciləri ilə mütamadi olaraq görüşüb, onların problemlərini dinləyərək həllinə çalışıb. Tərtər rayon icra hakimiyyəti nümayəndələrinin və sakinlərin söylədikləri bunları deməyə əsas verir. Xatırladaq ki, Sahib Alıyev yerli kanallarımızın birində çalışıb və Azərbaycan Respublikasının əməkdar jurnalistidir. O , jurnalist çalışdığı dövrdə, elə bu gün də cəmiyyət arasında olaraq, əhalinin problem və qayğılarını diqqətdə saxlayır. Sorğumuzun nəticəsi də məhz bunların əyani sübutudur.