Biləsuvar təhsilində utancverici hadisə
Tarix: 11-03-2015, 10:36 |
Çap et
Havanın yağışlı keçməsi, şagirdlərin sinif otağında çətirlə oturmasına səbəb olub.
Vertikal.az-a daxil olan məlumata görə hadisə rayonun Əsgərabad kəndində fəaliyyət göstərən tam orta təhsil məktəbində baş verib.
Məlumat üçün qeyd edək ki, adı çəkilən məktəb 1975-ci ildə inşa edilib. Məktəbin təxminən 500-ə yaxın şagirdi, 50 nəfər müəllim və digər işçi heyyəti var.
Bu ilin fevral ayında əsən külək məktəbin dam örtüyünü demək olar ki, tam dağıdıb. Hələ dərs ili başlamamış məktəbdə çalışan məllimlərdn biri hadisəni ictimailəşdirmək məqsədi ilə mövcud olan durum haqqında mətbuata bəzi məlumatlar göndərmişdi.Və həmin dövürdə bu haqda mətbautda yazılar, video reportajlar da gedmişdi.
Baş verənlərlə bağlı məktəbin sabiq direktoru Rafayıl Abıyevin mövqeyi öyrənilmişdi. O bildirmişdir ki, mövcud vəziyyəti rayon icra hakimiyyətinin başçısı Mahir Quluyev və təhsil şöbəsinin müdiri Balaqardaş Kazımova dəfələrlə xəbərdarlıq edərək, məktəbin təmir olunmasını xahiş edib. Amma müraciətləri cavabsız qalıb.
Əsgərabad kənd məktəbi haqqında mətbuatda gedən yazılardan nəticə çıxarıb, məktəbi təmir etdirmək əvəzinə Balaqardaş Kazımov Rafayıl Abıyevi işdən uzaqlaşdırıb.
Onun yerinə keçmiş sələfi Fəzail Rəhimovu təyin edib. Dəyişən sadəcə direktor olub.Vəziyyət olduğu kimidr.
Dünən gecədən bu gün günorta saatlarınadək aramsız yağan yağış, sinif otaqlarında gölməçələr yardıb. Dərs saatlarında sinifdə şagirdlər çətirlə oturmaq məcburiyyətində qalıblar.
Kənd bələdiyyəsinin sədri Mirəşref Mirsutanovdan da xəbər-ətər yoxdur. Adamın başı torpaq alverinə qarışıb. Heç olmasa məktəbin dam örtüyünə müvəqqəti politen çəkə və yaxud satıb taladığı bələdiyyə mülküyyəti hesabına 300 ədəd şifer ala bilməzmi ?
Bu arada vəsait çatışmamazlığını əsas gətirib məktəbi təmir etdirməyən rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovun dövlət büccəsini hansı MMC-lərin əli ilə sağa, sola necə xərcləməsi barədə növbəti yazılarda ətraflı məlumat veriləcəyik...