Azər Kərimli rəqibinin dalınca danışdı (GİZLİ VİDEOÇƏKİLİŞ)
Tarix: 30-10-2015, 11:21 | Çap et
Azər Kərimli rəqibinin dalınca danışdı (GİZLİ VİDEOÇƏKİLİŞ)
Son günlər mətbuatda daha çox danışılan Qax rayonunda növbəti biabırçı hadisə baş verib. Belə ki, gərgin seçki kampaniyasının getdiyi Qaxda əsas iki namizəd - hazırkı deputat Azər Kərimli ilə hüquq müdafiəçisi Əhməd Şahidov arasında qızğın mübarizə davam edir.

Bu seçkidə şansları sıfıra yaxınlaşan deputat Azər Kərimli rəqibinə qarşı açıq kampaniya aparmağaa başlayıb. Ötən gün Qaratala kəndində sakinlərlə görüşdə yenə də rəqibi barədə danışan Azər Kərimlini yerli sakinlərdən biri gizlicə telefona çəkib. Redaksiyamıza göndərilən həmin video çəkilişdə deputat Azər Kərimlinin rəqibi barədə söylədikləri öz əksini tapır.

Təəssüf hissi ilə bildirək ki, 15 ildir Milli Məclisin üzvü olan bir şəxsin belə küçə jarqonu ilə danışdığını, rəqibi barədə qeybət etdiyini təsəvvür etməzdik. Hətta Azər Kərimli rəqibi barədə danışarkən Əhməd Şahidovun bir vaxtlar Milli Məclisdə deputat Gülər Əhmədovanın köməkçisi işlədiyini deyir və bunu mənfi hal kimi dəyərləndirir.
Deyəsən, Azər Kərimli unudur ki, deputat Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının funksionerlərindən olub. Həm də deputatın hər hansı fəaliyyətinə görə onun köməkçisini tənqid etmək hansı məntiqə sığır?!

Hakim Yeni Azərbaycan Partiyasının deputatına qarşı bu cür açıq şəkildə danışan və insanları repressiyaya səsləyən deputatın videosu sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.

Aşağıdakı gizli videoya baxmaq kifayətdir ki, 15 ilin deputatının nəyə qadir olduğunun şahidi olasan.






Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net