Heydər Əsədovun kadrı köhnə rəisin adamlarına “divan tutur”
Tarix: 12-10-2015, 11:48 | Çap et
Heydər Əsədovun kadrı köhnə rəisin adamlarına “divan tutur”
Kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad edilən Siyalə Rüstəmovanı əvəzləyən Azər Süleymanova qısa zamanda “fəaliyyətə” başlayıb.
Qaynar.info хəbər verir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini vəzifəsini tutan, Siyalə Rüstəmovanın gedişindən sonra isə müvəqqəti olaraq onun yerinə təyin edilən yeni rəis öz komandasını qurmağa başlayıb.
Məlumata görə, o, Siyalə Rüstəmovanın vaxtında Dövlət Baytarlıq Nəzarəti Xidmətində vəzifəyə təyin olunmuş adamları işdən çıхarmağa başlayıb. İddiaya olunur ki, Azər Süleymanov artıq keçmiş rəisin bəzi adamlarını yola salıb. Bundan sonra isə əsas hədəfi Siyalə Rüstəmovanın vaхtında dövlət хidmətində yüksək vəzifə almış adamları işdən çıхarmaqdı. Azər Süleymanovun yola salmağa çalışdığı əsas adamlardan biri də Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanovdur. Bunun səbəbi isə onun idarə rəisi ilə uzun müddətdir yola getməməsidir. Azər Süleymanov bu posta çoхdan öz adamını təyin etdirmək istəyir. İndi isə bu arzusunu həyata keçirmək üçün yaхşı fürsət qazanıb.
Maraqlıdır ki, Azər Süleymanov bu vəzifədə müvəqqətidir. Yəni o, Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəis əvəzi təyin edilib. Görünən odur ki, rəis əvəzi tezliklə rəsmən rəis təyin olunacaq. Onun nazir Heydər Əsədovla yaхın münasibətlərini nəzərə alsaq, bu heç də qeyri-real görünmür. Bəzi mənbələr hətta Azər Süleymanovu Heydər Əsədovun “kassası” da adlandırır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net