Biləsuvarın Əsgərabad kənd məktəbi “qoltuq”larda qalıb
Tarix: 2-10-2015, 09:55 | Çap et
Biləsuvarın Əsgərabad kənd məktəbi “qoltuq”larda qalıb
Biləsuvar rayonunun Əsgərabad kənd tam orta məktəbinin tədris binasının acınacaqlı vəzyyəti barədə hələ 2014-cü ilin sentyabrında məlumat vermişdik.

Həmin ilin mart ayında əsən güclü külək məktəbin dam örtüyünü sıradan çıxarmış, nəticədə sinif otaqları bərbad duruma düşmüşdü. Amma bu dağıntının nəticələri nəinki o zaman, heç yeni tədris ilində də aradan qaldırılmadı.

Yerli icra hakmiyyətindən və təhsil şöbəsindən kömək göstərilmədiyini görən məktəb direktoru, şəxsi təsərrüfatında saxladığı iki inəyini satıb məktəb binasının dam örtüyünü yarıyacan düzəltdirdi. Beləcə ötən tədris ilində Əsgərabad kənd məktəbində oxuyan şagirdlərin bir hissəsi dərslərini üstüaçıq sinif otaqlarında keçməli oldu.

Bu ilin iyulunda AZƏRTAC xəbər vermişdi ki, məktəbdə təmir-bərpa və gücləndirmə işlərinə başlanılıb: “480 yerlik məktəb binası demək olar ki, yenidən tikiləcək. Məktəbdə ayrıca isitmə sistemi olacaq, elektrik, qaz və su xətləri çəkiləcək, qapalı idman zalı və açıq futbol meydançası tikiləcək, sinif otaqları, fənn kabinetləri, laboratoriya, akt zalı və digər yardımçı otaqlar yenidən qurulacaq. Təhsil ocağı yeni avadanlıq və inventarla təchiz olunacaq. Ümumiyyətlə məktəbdə təhsilin yüksək səviyyədə təşkili üçün bütün imkanlar yaradılacaq. Təmir işlərinin 15 sentyabr - Bilik gününə kimi başa çatdırılması nəzərdə tutulub.”

Biz bilmirik ki, rəsmi dövlət agentliyində bu əminlik nədən yaranıb, yaxud belə bir vədi onlara kim verib, fakt odur ki, yuxarıda sadalanan işlər görülməyib.

Vertikal.az-a danışan Əsgərabad kənd tam orta məktəbinin müəllimləri deyir ki, 600-yə yaxın şagirdi, 61 nəfər müəllim və digər işçi heyəti olan məktəb hazırda, el dili ilə desək, qoltuqlarda qalıb: “Məktəb binasının dam örtüyünü sökdülər ki, təmir olunacaq, amma bu, alınmadı. Yay aylarında Bitki Mühafizə Mərkəzinin kəndimizdə 1200 kv. m. sahəsi olan, ikimərtəbəli obeyktini bizə ayırdılar ki, müvəqqəti olaraq dərsləri burada keçək. Xərc çəkib siniflər təşkil etdik. Dərs başlayanda isə bizi ora buraxmadılar.

Hazırda bizm tam heyətlə bir yerə yığışacağımız məkan yoxdur. Dərəyə, çuxura düşməmələri üçün ibtidai sinif şagirdlərinini bir qədər rahat yerə- “Mədəniyyət evi”nə yığıblar. Yuxarı siniflərdə oxuyanların isə hərəsi bir tərəfdə, yaxud “havada”dır. Hətta belə vəziyyətdə də məktəb üçün yeni bina tiklməyi barədə ümidverici bir söz deyən yoxdur.”





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net