Ramiz Yediyarovun absurd seçki təfəkkürü
Tarix: 21-09-2015, 10:45 |
Çap et
Məlumat üçün bildirək ki, Gənclər təşkilatının sədri olan Ülvi Kazım ( Kazımov) 103 saylı Gədəbəy seçki dairəsindən parlament seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb. Ülvi Kazım qafqaznews.az-a açıqlamasında bildirib ki, o Gədəbəydə rayonun rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalıb: “Mən seçicilərimlə görüşə bilmirəm. Rayonun icra numayəndələri, bələdiyyə sədrləri seçiciləri üstümə salırlar ki, guya onlar artıq öz seçimlərin ediblər. Yəni həmin ərazidən sonuncu 5 ili deputat seçilən Sevinc Hüseynovanı yenidən seçiblər”.
Ülvi Kazım bizimlə söhbətdə bildirdi ki, o özü də əslən Gədəbəydəndir və bu son 5 ilin içində Sevinc Hüseynova demək olar ki, rayon sakinləri üçün heç bir işlə məşğul olmayıb: “ 5 il müddətində deputat bir- iki dəfə mətbuata nəsə açıqlama verib. Mən isə aktiv gəncəm və mənim gələcəyim var. Yaşım cavan olsa da ölkəmizin ictimai-siyasi həyatında özümə məxsus yerim və yolum var. Ancaq buna baxmayaraq mənə qarşı doğma Gədəbəy rayonumda rayonun rəhbərliyi tərəfindən təzyiq günü-gündən artır”. Ülvi Kazım bizimlə söhbətin sonunda gənclərə müraciət etdi və ölkə başçısından kömək istədi:
Salam hörmətli gənclər! Bildiyiniz kimi mən 103 saylı Gədəbəy seçki dairəsindən parlament seçkilərinə namizədliyimi irəli sürmüşəm! Nəzərinizə çatdırmaq istəyirəm ki, burda mənə təzyiqlərlə, icra nümayəndəliyinin biganə və öncədən düşünülmüş xoşagəlməz hərəkətləri ilə üzləşirəm.Gədəbəy rayonu icra aparatı hörmətli prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi demokratik siyasətin əksinə olaraq seçki prosesinə kobud müdaxilə edir. Mən sivil qaydada imza toplama prosesində iştirak edə bilmirəm. 103 saylı seçki dairəsinin ərazisinə aid olan bütün kəndlərin bələdiyyə sədrləri, icra nümayəndələri və onların əlaltıları birbaşa mənim seçicilərimə hədə- qorxu gələrək mənim imza vərəqəmə imza atmalarına mane olurlar.
Hörmətli prezidentimiz ! Sizi əmin edirəm ki, bu məmurlar YAP vəsiqəsi ilə sizin yürütdüyünüz parlaq siyasətə kölgə salan ən təhlükəli müxalifətçilərdir. Mənim sizə, ailənizə və mərhum prezidentimiz Heydər Əliyevin siyasətinə böyük hörmətim və diqqətim həmişə öz ictimai-siyasi fəaliyyətimdə əksini tapmışdır. Mənim kimi dövlətimizə və dövlətçiliyimizə xidmət edən bir ictimai xadimə və gənc yazıçıya bu cür təzyiqlər yolverilməzdir. Sizi əmin edirəm ki, mən heç bir zaman öz əqidəmdən dönmərəm. İnanıram ki, mən bu parlament seçkilərində qalib gələrək sizlərə layiqli bir millət vəkili olacam.