SOS: Cəlilabad kəndlərində ağır vəziyyət yaranıb
Tarix: 9-03-2015, 14:42 | Çap et
SOS: Cəlilabad kəndlərində ağır vəziyyət yaranıb
Cəlilabad kəndlərində ağır bir vəziyyət yaranıb. Vertikal.az-a bu haqda Gülməmmədli kənd sakinləri məlumat veriblər.

Məlumata görə, qar sularının əriməsi nətcəsində "Platin" su anbarı kimi tanınan su hövzəsində suyun səviyyəsi qalxaraq İncə çayının məcradan çıxmasına səbəb olub. İnci çayı Gülməmmədli, Cəfərxanlı, Alar, Günəşli və daha bir neçə kənddən keçərək Əzizbəyob kanalına qoşularaq Xəzər dənizinə tökülür.

Xatırladaq ki, İnci çayı 1980 və 1996-cı illərdə böyük fəsadlar yaradan daşqınlara səbəb olmuş, əhaliyə, o cümlədən kənd təsərrüfatına ciddi ziyan vurmuşdu. Hazırda, bu çay sahillərində yaşayan kənd sakinləri öz narahatçılqılarını bildirərək, ciddi fəsadlar törədilməməsi üçün əlaqədar qurumlardan addım atmalarını gözləyirlər.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net