İcra başçısı yığdığı haram pullarla yaxınlarına villa bağışlayır
Tarix: 30-03-2015, 09:41 | Çap et
İcra başçısı yığdığı haram pullarla yaxınlarına villa bağışlayır
Son vaxtlar ölkə mətbuatında Biləsuvar rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanır, o zaman rayonda durumun getdikcə kritik vəziyyətə yaxınlaşması barədə təxmini təsəvvür almaq olar. İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün Biləsuvarlıları ən çox narahat edən məqamlardan biri rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Həm də daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyətinin böyük əksəriyyəti bu kimi halların başında məhz Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin durduğunu təsdiq edirlər. Bu xüsusda mənbələr həmçinin belə bir iddia da irəli sürürlər ki, edilən şikayətləri araşdırmaq və müvafiq təbdirlər görmək əvəzinə Biləsuvarın icra başçısı tamam fərqli yol tutub. Belə ki, Mahir Quliyev mətbuatda yaxın olduğu bəzi adamlar vasitəsilə rayonda durumun yaxşı olduğu və edilən şikayətlərin isə əsassızlığı barədə ictimai rəy yaratmağa çalışır.Lakin yerli mənbələrdən aldığımız məlumatlarda Mahir Quliyevin fəaliyyəti kəskin tənqidə məruz qoyulur. İcra başçısının rayonda yol verdiyi əsas qanun pozuntularından biri kimi daxil olan məlumatlarda torpaq satışı ilə bağlı maxinasiyalar göstərilir. Əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkir. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir. Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə yaxına belə buraxmırlar. İddialara görə Mahir Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektardan çox torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.

İcra başçısı yığdığı haram pullarla yaxınlarına villa bağışlayır

Məlumatlarda irəli sürülən belə bir iddia da diqqəti cəlb edir ki, Biləsuvarın məhz təhsil sahəsi Mahir Quliyevin ən gəlirli sahələrindən biridir. Məlumata görə İcra başçısı təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovla əlbir olaraq davamlı şəkildə dövlət vəsaitlərini “silməklə” məşğuldurlar. Digər tərəfdən isə bəzi mənbələr Biləsuvar rayonunda dövlət tərəfindən ayrılan sosial yardımların da yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılıb onlarla yarı bölündüyünü vurğulayırlar. Daha sonra aldığımız açıqlamalarda bildirlir ki, Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var. Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur. Mənbənin bildirdiyinə görə icra başçısı Mahir Quliyev rayona ayrılan büdcə pullarının talan edilməsində addımbaşı ittiham olunur. Həmçinin daxil olan məlumatlarda bildirilir ki, rayonun səhiyyə sahəsi bu gün xüsusilə acınacaqlı haldadır. İcra başçısının səhiyyə və mədəniyyət işləri üzrə müavini Mirnəsib Kazımov və Mərkəzi Xəstəxananın baş həkimi Şamil Cəfərov xəstəxanada elə bir qanun qoyublar ki, bir bura düşən sevinir, bir də çıxan. Qeyd olunur ki, bi sahəni də tamamilə öz nəarətinə götürmüş Mahir Quliyevin göstərişi ilə rayon səhiyyəsində sürəkli maxinasiyalar həyata keçirilməkdədir.Nəhayət yeni aldığımız məlumata Biləsuvar Rayon İcra Başçısı Mahir Quliyevin göstərişi ilə inşa olunmuş bu dəbdəbəli villanın şəkli də əlavə olunmuşdur. Mənbə bildirir ki, bu villanın ərafında rayonda müəmmalı söz-söhbətlər dolaşmaqdadır. Daha dəqiq desək, müəmmalar villa barədə deyil, onun hədiyyə olunacağı nəzərdə tutulmuş şəxsin kimliyi ilə bağlıdır. Bu haqda hələlik dəqiq açıqlamalar təqdim olunmasa da, mənbə bu evin rayonda artıq “məhəbbəti təcəssümü” deyə adlandırıldığını xəbər verir...

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net