Zakir Fərəcovun zəbt etdiyi üzüm bağları - İDDİA
Tarix: 7-07-2015, 15:11 | Çap et
Zakir Fərəcovun zəbt etdiyi üzüm bağları - İDDİA
"Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev illərlə yetişdirdiyimiz və ailəmizin yeganə dolanışıq yeri olan üzüm bağlarını əlimizdən alırlar”. Bu barədə Xəzər rayonu Türkan Üzümçülük Savxozunun bir qrup sakini "Xeber.İnfo”a məlumat verib.

Sakinlər bildirirlər ki, savxoz tərəfindən onlara verilmiş torpaq sahələrində şəxsi hesablarına üzüm bağları salıblar. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov illərlə min bir əzabla yetişdirdikləri üzüm ağaclarını kəsdirmək istəyir. Bu işdə Fərəcovun qeyri-rəsmi "işçi”si Türkanda məşhur olan Cavad Rzaquliyevdir. Cavad Zakir Fərəcovun pulyığanı kimi məşhurdur. Bütün torpaq alqı-satqısı, sənədləşməsi və bu kimi işlər Cavadın razılığı ilə baş tutur. Onun bu işdən yaxşıca varlandığı da məlumdu. Sakinlər iddia edirlər ki, təkcə Türkan qəsəbəsində üç evə, iki villaya sahibdir. Ən azı 4, 5 bahalı maşını var. Maşınların hamısı da eyni nömrəlidir. Dəniz kənarında böyük ərazini zəbt edib. Cavad Rzaquliyevin varlanmasına və qəsəbədə hegamonluğuna şərait yaradan və bir başa dəstək göstərən Zakir Fərəcovdur.

Sakinlər minlərlə üzüm ağacının məhv olma təhlükəsi ilə üz-üzə qaldığını və çətinliklə qazandıqları çörək pulunun əllərindən alındığını belə izah edirlər: "Zakir Fərəcov qəsəbədəki makleri Cavad Rzaquliyev, bələdiyyənin keçmiş üzvü Əkbər Vəliyev, makler Rövşən Mahmudov və Sərhəd Qoşunlarının yüksəkçinli zabiti Oqtay Almuradovun vasitəsiylə bizə məxsus torpaq sahəsini, üzüm bağlarını Sərhəd Qoşunlarına satıb. Bu sahələr II qrup Qarabağ əlili Rafiq Məmmədov, Qarabağ veteranı Qədimalı Hüseynov, Əfqanıstan veteranı Novruz Quliyev və şahid ailələrənə məxsusdu. Cavad Rzaquliyev şəxsən Qarabağ əlili Rafiq Məmmədova deyib ki, sənə aid olan sahənin yarısını və 10000 manat verməlisən. Bu məbləğ və torpaq başçı Zakir Fərəcova çatacaq. Rafiq Məmmədov da əlildir və ailəsini çox çətinliklə saxlayır. Ona görə də Cavadın təklifinə "yox” deyib. Sonar Cavad Oqtay Almuradovla birlikdə yenə 10000 manat istədilər ki, Sərhəd Qoşunlarına ayrılan torpaq sahəsinin yerini dəyişsinlər. Biz sakinlər onların dediyi məmbləği ödəsəydik, başqa yerdən torpaq ayrılacaqdı. Təbii ki, nə Cavadın tələb etdiyi məbləğ yoxdur, nə də onlara pul vermək fikrimiz var. Biz onu da bilirik ki, Sərhəd Qoşunları adı ilə alınan torpaq sahələri bir müddətdən sonra hissələrə bölünüb satılacaq. Çünki bir neçə il əvvəl də belə hadisə baş verdi. Zakir Fərəcov hərbçilər adı ilə böyük bir ərazini çəpərlədib, bir müddətdən sonra elə Cavadın vasitəsiylə satdırdı”.

"Xeber.İnfo” olaraq münaqişəli ərazidə yerləşən Sərhəd Qoşunlarının rəhbərliyi ilə əlaqə saxlamağa cəhd etdik. Adının açıqlanmasını istəməyən zabit "Xeber.İnfo” bildirdi ki, Sərhəd Qoşunları Nazirlər Kabinetinə torpaq sahəsinin ayrılması üçün müraciət edib. Nazirlə Kabineti də bu sahəni ayırıb. Bizə də tapşırılıb ki, bu sahəni çəpərləyək.

Lakin sakinlər hərbçinin bu açıqlaması ilə razılaşmayıb iddia edirlər ki, torpaq sahəsinin ayrılması Cavad Rzaquliyev, Oqtay Almuradov, Əkbər Vəliyev və Rövşən Mahmudovun təkidi və təklifi əsasında məhz burdan ayrılıb. Çünki bu adamlar gəlib bizdən külli miqdarda pul istədilər və dedilər ki, bu məbləği versəniz layihəni dəyişdirərik. Hətta layihə bir neçə dəfə dəyişib.

Mövzunu diqqətdə saxlayacağıq.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net