Bələdiyyə sədri sakinlərə divan tutur - Lənkəranda
Tarix: 23-06-2015, 11:45 | Çap et
Bələdiyyə sədri sakinlərə divan tutur - Lənkəranda
Lənkəranın Bürcəli kənd bələdiyyəsi saxtakarlıqlarını davam etdirir. Bələdiyyə sədri Kazım Məmmədov pay torpaqlarını mənimsəməkdədir.

TİA.AZ-a verilən xəbərə görə, bələdiyyə sədri Bürcəlidə yaşayan Dövlət Əliyev Əhməd oğluna 15 hektar dövlət tərəfindən əkin üçün verilmiş pay torpağını başqalarına satıb. Həmin şəxslər isə ərazidə tikinti işləri aparıb.
Dövlətin verdiyi torpağı qanunsuz yolla başqalarına satan bələdiyyə sədrinin bu addımından Lənkəran rayon İcra Hakimiyyətinə, rayon prokurorluğuna və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət olunub. Həmçinin, D.Əliyev ona dövlətin verdiyi torpağın mənimsənilməsinə görə bələdiyyə sədrini məhkəməyə verib. Amma K.Məmmədov isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək və onu himayə edən qüvvələrə güvənərək torpaq alverini həyata keçirməkdədir





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net