Vətəndaş nazir Səlim Müslümovdan kömək istəyir
Tarix: 26-05-2015, 12:18 |
Çap et
Redaksiyamıza Zərdab sakini Sahil Eminovun Əmək və Əhalinin Sosial Mudafiəsi naziri Səlim Müslümova ünvanlanmış müraciəti daxil olub. Eminov yazır ki: “ Zərdab rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində qanunsuzluq və özbaşınalıq baş alıb gedir. Beləki fevralın əvvəlində yardım almaq üçün Zərdab rayon Sosial Müdafiə Mərkəzinə müraciət etdim. Mərkəzdən mənə hansı sənədlərin lazım olduğunu bildirdilər. Mən həmin sənədləri toplayaraq fevralın 19-da Mərkəzə təqdim etdim. Bu günə qədər dəfələrlə Mərkəzdə olmuşam. Mərkəzin əməkdaşı Ceyhun Qəribov hər dəfə mənə deyirdi ki, narahat olma gələn aydan iki aylığını birdən alacaqsan. Qeyd edim ki qardaşım Eminov Zaur Surət oğlu Qarabağ döyüşlərində şəhid olub.
Cənab Nazir! Zərdab rayonunda ünvanlı sosial yardımı imkanlı ailələr alır. Yardım almaq üçün Mərkəzin əməkdaşı Ceyhun Qəribovun şərti ilə razılaşmalısan. Ceyhun Qəribovun şərtləri isə çox qəlizdir. Ya qabaqcadan altı ayın pulunu verməlisən, ya da ən yaxşı halda ilk altı ayını Ceyhun Qəribova verəcəyini inandırmalısan. Onun bu şərti ilə razılaşmayanlar isə mənim kimi get-gələ salınır”. Müracuətin sonunda vətəndaş nazirdən ona kömək etməsini xahiş edir. Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) müxbiri Mərkəzin əməkdaşı Ceyhun Qəribovla əlaqə saxlayıb. Qəribov bildirib ki: “ Sahil Eminov 2012-ci ildə sosial yardım üçün Zərdab rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib. Lakin vətəndaşın istifadəsində avtomobil olduğuna görə komissiya ona yardım verməkdən imtina edib. 2014-cü ildə Sahil Eminov yenidən komissiyaya müraciət edib və ailə tərkibi haqda yalnış məlumat verdiyinə görə komissiya yenə imtina edib. Bu barədə ona rəsmi məlumat da verilib. “Altı ay” söhbəti isə ola bilməz. Məntiqlə düşünəndə bunun yalan olduğunu anlamaq heç də çətin deyil. Komissiya bu ailəyə sosial yardım göstərsəydi, onda bu kimi yüzlərlə ailə müraciət edəcəkdi. Vətəndaşın istifadəsində və ya adına istifadəyə yararlı avtomobil varsa sosial yardım təyin oluna bilməz. Sahilin əmək qabiliyyəti yerindədir. Ailənin aylıq gəliri də olduqca yaxşıdır.”