Tərtər rayonunda pambıq yığımına start verilib
Tarix: 15-10-2023, 10:22 | Çap et


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azad Qaraqoyunlu kəndində fermer Rəhbər Hüseyinovun pambıq tarlasına baxış keçirib, fermerlərə xeyir-dua verib.

Qeyd edək ki, ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı tövsiyyələrinə uyğun olaraq bu il Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 2242,1 hektar sahədə pambıq əkilib.

Bunun da 1125,1 hektarı “MKT İstehsal Kommersiya” MMC ilə, 1117 hektarı isə “Azərpambıq” MMC ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Artıq bir neçə gündür ki, sahələrdən məhsulun toplanmasına başlanılıb. Bu günə kimi 276,47 ton məhsul toplanaraq təhvil verilib.

Pambıq yığımı ilə əlaqədar mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikaların təmiri işləri başa çatdırılıb.

Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb.




Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.

Məhsul yığımında hər bir pambıqçıya uğurlar arzulayırıq!

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net