Rayon rəhbəri Vətən müharibəsi veteranı Xəlilli Heydərin toy mərasimində iştirak edib
Tarix: 30-09-2023, 21:51 | Çap et


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, şəhid ailələri Vətən Müharibəsi qaziləri və veteranları ilə birlikdə rayonun Cəmilli kənd sakini, Vətən müharibəsi veteranı Xəlilli Heydər Hamlet oğlunun toy mərasimində iştirak edib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan Heydər kimi igid oğlulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib.
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, vətənpərvər oğul böyütdükləri üçün Heydərin valideynlərinə öz minnətdarlığını bildirib.



Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Xəlilli Heydər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, medalları ilə təltif olunub.



Xəlilli Heydərin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Vertikal.az




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net