Birinci Qarabağ Müharibəsi şəhidi Abdullayev Natiq Yaqub oğlunun anası və Vətən Müharibəsi Qəhrəmanı, qazi Azər Abdullazadənin nənəsi Cəmilli kənd sakini Kimya xanım vəfat edib.
Şəhid anası aprelin 25-də yaşadığı kənddə torpağa tapşırılıb. Dəfində mərhumun yaxınları ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, qazilər, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Mərhumun nəvəsi, qazi, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Vertikal.az