Tərtərdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı rayon İcra Hakimiyyətinin və Polis şöbəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
Tarix: 27-04-2023, 09:53 | Çap et


Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə aprel ayının 25-də ağacəkmə aksiyası keşirilib.



Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”nda keçirilən aksiyada rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Polis şöbəsinin kollektivi iştirak ediblər.
Aksiya çərçivəsində 130 ədəd eldar şamı əkilib.





Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net