“Heydər Əliyev İli -2023”: “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Bölgə Təcrübə stansiyasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və Bölgə Təcrübə Stansiyasının kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
Sonra “dəyimi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblib.
“Dəyirmi masa”da iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb. O öz çıxışında bildirib ki, Ulu öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşların mənafeyinə xidmət etmiş, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün olan hər seyi etmişdir. Heydər Əliyev azərbaycanlı olduğu ilə həmişə fəxr edirdi. Azərbaycan xalqı bütün dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi rəhbəri, Ümummilli lideri olduğu üçün xoşbəxtdir. İndi də ona görə xoşbəxtdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursa onun layiqli davamçısı, möhtərəm Prezident, qalib sərkərdə İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaradılmışdır.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatının əməkdaşı Əli Paşayev, Bölgə Təcrübə Stansiyasının direktoru Rəşad Familzadə, aqrotexnik Mayıl Məhərrəmov, şöbə müdiri Ziyəddin Mehdiyev və aqronom Zəminə Qasımova çıxış edərək, Azərbaycan tarixinin Heydər Əliyev dövrünün təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmədiyini, mahiyyətcə yeni tarixin formalaşması kimi tarixə həkk olunduğunu vurğulayıblar.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yaradıb. 1969-cu ildə Onun Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olub.
Heydər Əliyevin tarixi rolu və xidmətləri daha çox, qeyri-adi istedad və yaddaşa, universal biliyə, tükənməz səbrə və ən nəhayət mahir liderlik keyfiyyətlərinə malik olması ilə əlaqədardır. Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Məhz buna görə xalqımız Ulu öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edib.
Vertikal.az