Rayon rəhbəri birinci Qarabağ Müharibəsi şəhidi Kazımov Ərəstun Şəmsəddin oğlunun ailəsi ilə görüşüb
Tarix: 14-04-2023, 10:38 | Çap et


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qazyan kəndində birinci Qarabağ Müharibəsi şəhidi Kazımov Ərəstun Şəmsəddin oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.



Qeyd edək ki, birinci Qarabağ Müharibəsi şəhidi Kazımov Ərəstun Şəmsəddin oğlu 1975-ci ilin yanvar ayının 1–də Tərtər rayonunun Qazyan kəndində anadan olub. Xidmət etdiyi hərbi hissənin tərkibində Həsənqaya, Talış, Çaylı kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ilin dekabr ayının 28-də Çaylı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.



Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net