Rayon rəhbəri bayram ərəfəsində yeni övladı dünyaya gəlmiş qazi Elgiz Məmmədovun evində olub, onların qayğıları və problemləri ilə maraqlanıb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 8 mart Qadınlar Günü və qarşıdan gələn Novruz Bayramı münasibəti ilə Tərtər rayon, Hacıqərvənd kənd sakini, yeni övladı dünyaya gəlmiş qazi Məmmədov Elgiz Vüqar oğlunun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.
Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Elgiz kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
Qeyd edək ki, qazi Məmmədov Elgiz Vüqar oğlu Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Üçüncü qrup Vətən Müharibəsi əlilidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazi Elgiz Məmmədov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Vertikal.az