Tərtərdən qardaş Türkiyəyə daha bir dəstək
Tarix: 18-02-2023, 10:30 | Çap et


Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.



Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
Tərtər rayonu da bu kampaniyada fəal iştirak edir. Şəhər ərazisində yardımların toplanması üçün xüsusi məntəqə yaradılıb. Hadisə baş verən ilk gündən tərtərlilər yardım toplama məntəqəsinə axın edirlər, böyük fəallıq müşahidə edilir. Vətəndaşlar tərəfindən könüllü şəkildə gətirilən, ümumi çəkisi 20 ton olan yataq dəstləri, isti geyimlər, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Gəncə şəhərində yerləşən Türkiyə Konsulluğuna təhvil verilib. Göndərilən yardımlar qardaş ölkənin Adıyaman şəhərinə çatdırılaraq zəlzələdən zərərçəkənlərə paylanılıb.



Bu gün isə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən alınmış, insanların müvəqqəti yaşaması üçün hər cür şəraiti olan 4 ədəd müasir modul tipli ev birbaşa qardaş ölkə Türkiyəyə göndərilib. Yardımlar bundan sorada davam etdiriləcəkdir.



Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net