Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində ilk ağacəkmə aksiyası keçirilib
Tarix: 15-02-2023, 00:24 | Çap et


Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər keçirilir.
Həmin Tədbirlər Planına əsasən fevral ayının 14-də rayon icra kakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində ilk ağacəkmə aksiyası keşirilib. Aksiyadan öncə prospektdə abadlıq işləri aparılıb, telekommunikasiya xətləri qaydaya salınıb, gecə işıqlandırılması lampaları yenisi ilə əvəz olunub.



Aksiya çərçivəsində Umummilli Liderin adını daşıyan prospektdə ilkin olaraq 100 ədəd şam ağacı, eyni zamanda Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində və Sabir parkında 5 min ədəd həmişəyaşıl təkgöz kolu əkilib.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ”Heydər Əliyev ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının ekoloji tarazlığın qorunmasında mühim rol oynadığını, Ulu Öndərin Azərbaycanın - doğma Vətənimizin hər qarışına verdiyi dəyərin unudulmadığını, daim yaşayacağını təbliğ etdiyini bildirib.





Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net