Tərtərlilər Türkiyədə zəlzələdən ziyan çəkmiş bolgələrə yardım aksiyasına qoşulublar
Tarix: 11-02-2023, 23:46 | Çap et


06 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur.

Ölkəmizin hər yerində olduğu kimi tərtərlilər də Türkiyədə baş vermiş zəlzələdən ziyan çəkmiş bölgələrə yardım aksiyasına qoşulublar. Rayoda fəaliyyət göstərən “Vəkiloğlu” MMC, ayrı-ayrı iş adamları, şəhid anaları, qazilər, müxtəlif təbəqələrdən olan insanlar zəlzələ baş vermiş bolgəyə qış paltarları, yataq, yorğan, döşək dəstləri, zəruri gigenik vasitələr və ərzaq yardımları toplayıblar. Toplanan yardımlar bu gün xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Tərtərdən Gəncə şəhərində yerləşən Türkiyə Konsulluğuna yola salınıb.



Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov yardım toplanan məntəqədə olub, sakinlərlə görüşüb. Qeyd edib ki, Azərbaycan Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verənlərdən oldu, həmişəki kimi türk qardaş və bacılarının yanında olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Türkiyəyə həm insanların dağıntılar altından çıxarılnması üçün xilasedicilər, həm də humanitar yardımlar göndərildi. Yardımsevər xalqımız da könüllü surətdə bu aksiyaya qoşuldu.
Rayon rəhbəri aksiyaya qoşulan, dili bir, dini bir qardaşlarımıza göstərilən humanitar yardıma görə hər kəsə öz minnətdarlığını bildirib.













Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net