Rayon rəhbəri mülki şəhid İsmayılzadə Orxan Rəhbər oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Tarix: 26-10-2022, 08:58 | Çap et


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Kəbirli kəndində 16 yaşlı mülki şəhid Orxan İsmayılzadənin ailəsini ziyarət edib, ailəyə başsağlığı verib, qayğıları ilə maraqlanıb.

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Orxan İsmayılzadə Ermənistan Silahlı Qüvvələrinin Tərtər şəhərini və onun yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaşadığı evin həyətində şəhid olub. O, Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinfində oxuyurdu, erməni vandalizminin qurbanı olan Orxanın ürəyində nə qədər arzusu vardı.

Valideynləri ondan göz yaşları içində söhbət açırlar, “axı bu müharibə qanunlarına ziddir, Orxan axı məktəbli idi,”- deyirlər.



Bəzi dırnaqarası sülh tərəfdaşları isə erməniləri məzlum, yazıq xalq kimi təqdim etməyə çalışır, faktlar isə bunu demir. Ermənilərin Tərtəri və onun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 16 nəfər dinc sakin həlak olub, 63 nəfər isə yaralanıb.

16 yaşlı şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərmizə can sağlığı versin!

Vertikal.az









Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net