İcra başçısı Vətən müharibəsi şəhidi Mehtiyev Yasən Alim oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayevlə birlikdə şəhid Mehtiyev Yasən Alim oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, ailə üzvlərinə başsağlığı verərək, səbr diləyib, onların problemləri və qayğıları ilə maraqlanıb.
Tərtər Cümə Məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub.
Yasən Mehtiyev 19 yaşında şəhidlik zirvəsinə ucalıb. O, 44 günlük Vətən müharibəsində oktyabr ayının 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, oktyabrın 24-də rayonun Sarcalı kəndində dəfn olunub.
Şəhid Mehtiyev Yasən Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Yasənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!Vertikal.az