Tərtərdə daha bir Vətən Müharibəsi qazisinin toy mərasimi keçirilib
Tarix: 24-10-2022, 10:12 | Çap et


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, Vətən Müharibəsi qaziləri və veteranları ilə birlikdə rayonun Hüsənli kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili Əhmədov Nəciməddin Natiq oğlunun toy mərasimində iştirak edib.
Nəciməddin Əhmədov Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışan icra başçısı Nəciməddinin torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”- deyib.



İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini, onların “baş tacı”mız olduğunu bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu bildirib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını çatdırıblar.
İcra başçısının Vətən Müharibəsi qaziləri və veteranları ilə birgə rəqsi məclis iştirakçılarını qürurlandırıb.
Rayon rəhbəri yeni ailə quran gənclərə plazma televizor hədiyyə edib.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net