İcra başçısı Vətən Müharibəsi şəhidi Ağayev İntiqam Hüseyn oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib
Tarix: 9-10-2022, 13:49 | Çap et


Bu gün daha bir şəhidimizin rayonun Səhləbad kənd sakini Ağayev İntiqam Hüseyn oğlunun şəhadətə qovuşmasından iki il keçir. Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri və Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə şəhidin ildönümü münasibəti ilə yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib, qayğıları ilə maraqlanıb.



İntiqam Ağayev 1998-ci il mart ayının 1-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Vətən müharibəsi başlayanda Goranboy rayonundan “N” saylı hərbi hissənin tərkibində müharibəyə qatılıb, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib və şəhid olub, oktyabrın 9-də yaşadığı kəndin qəbristanlığında dəfn olunub.
Ölümündən sonra Azərbyacan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.



Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Şəhidlər ölməz, Vətən bölünməz!”


Vertikal.az




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net