İcra başçısı Vətən Müharibəsi şəhidi Hacızadə Ceyhun İfrayıl oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid ailələrini ziyarəti davam edir. Bu gün o, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə rayonun Evoğlu kəndindən olan 29 yaşlı şəhid Ceyhun Hacızadənin ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib, şəhidin ailə üzvləri ilə görüşüb, onlara baş sağlığı verib, şəhidlərin ruhuna dualar oxunub.
Hacızadə Ceyhun İfrayıl oğlu 16 avqust 1992-ci ildə rayonun Evoğlu kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra şəhid Respublika Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!Vertikal.az