İcra başçısı Vətən Müharibəsi şəhidi Aslanov Xəyal Qüdrət oğlunun ikinci ildönümü münasibət ilə təşkil olunmuş yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən Müharibəsi şəhidi Aslanov Xəyal Qüdrət oğlunun ikinci il dönümü münasibəti ilətəşkil olunan yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib. Aslanov Xəyal Qüdrət oğlu 1994-cü ildə Tərtər rayonun Çardaqlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə 28 sentyabr 2020-ci il tarixdə, 26 yaşında şəhid olub.
Xəyal Aslanov ölümündən sora “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Xəyalın əziz xatirəsi daima bütün Tərtərlilərin qəlbində yaşayır və yaşayacaq. Bu sözləri rayon rəhbəri şəhidin ailə üzvləri ilə görüşündə deyib, ailənin qayğıları ilə maraqlanıb onlara səbr diləyib.
Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.Vertikal.az