Rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib
Tarix: 30-09-2022, 09:27 | Çap et


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü Umudlu kənd tam orta məktəbində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  Sentyabrın 13-də Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.



İcra başçısı Umudlu kəndi haqqında da məlumat verərək bildirib ki, kənd Milli Məclisin 25 avqust 1992-ci il tarixli qərarı ilə keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilib. 1992-ci il fevral ayının 28-də erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Hazırda 396 təsərüfatı, 1291 nəfər əhalisi olan kəndin sakinlər ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıblar.
İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.



Sakinlərindən şəhid anası Svetlana Ərəbova məskunlaşdığı evin təmiri, şəhid anası Qənirə Abbasova əkin üçün torpaq sahəsinin ayrılması, şəhid atası Şamil Abbasov işlə təmin olunması, Şakir Ərəbov şəhid bulağının ətrafının genişləndirilməsi və abadlaşdırılması, Xuraman Axundova oğlunun işlə təmin olunması və digər məsələlər  ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net