Rayon rəhbəri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə birlikdə şəhid Məftun Əhmədzadənin ailəsi ilə görüşüblər
Tarix: 27-09-2022, 09:04 | Çap et


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunda səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, tərtərli şəhid və qazi ailələri ilə birgə rayonun Evoğlu kəndindən olan şəhid Məftun Əhmədzadənin ailəsi ilə görüşüblər. Onlar şəhidin ailəsinə başsağlığı verib, ailə üzvləri ilə birlikdə onun xatirəsini yad edib, keçdiyi döyüş yoluna nəzər salıblar.



Qeyd olunub ki, Tərtər rayonunun Evoğlu kənd sakini 1996-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Əhmədzadə Məftun Seymur oğlu Ermənistan tərəfindən 12-13 sentyabr 2022-ci il tarixində sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.



Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Vətən sağ olsun!

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net