Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə Aparat müşavirəsi keçirilib. Müşavirədə aqrar sahədə aparılan mövsümi işlər, biçilmiş taxıl sahələrində yanğınların qarşısının alınması, o cümlədən pambığın becərilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatı, vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təstiq edilmiş qazilərin sosial rifahının yaxşılaşdırılması üçün bələdiyyələr tərəfindən əlavə torpaq sahəsi ilə təmin edilməsi, qəbullarda vətəndaş məmnunluğunun təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, yaşayış məntəqələrinin ərazisində mütəmadi olaraq təmizlik işlərinin aparılması, Məhərrəm ayının gəlişi ilə əlaqədar olaraq kənd qəbrsitanlıqlarının və ziyarətgahların ətrafının təmzilənməsi, səliqə-sahmana salınması ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verilib.
Vertikal.az