Rayon rəhbəri tərtərli kikboksinqçiləri qəbul edib
Tarix: 24-07-2022, 22:03 | Çap et


İyulun 22-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənclər arasında kinqboksinq idman növü üzrə ölkə birinciliyində l yeri qazanmış Qəhrəmanov Fərid İlqar oğlunu və lll yer qazanmış Qurbanov Murad Bəhruz oğlunu qəbul edib. Görüşdə icra başçısının birinci müavini Elvin Umudov, Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov və məşqçi-müəllim Yavər Hüseynov iştirak ediblər.
Rayon rəhbəri idmançıları qazandıqları qələbəyə görə təbrik edərək, onlara yeni uğurlar arzulayıb, respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, bu qayğıdan ruhlanan idmançıların əldə etdiyi uğurları dilə gətirib.
Sonra icra başçısı idmançılara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.
Tərtərli idmançılar onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net