Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 56 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbulda vətəndaşlardan Yasin Hüseynov, Töhfə Məmmədova, Lətafət Mayılova, Pakilet İsmayılova Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, Afiq Əhmədov, Elməddin Səfərov, Bayram Məmmədov su növbələrinin tənzimlənməsi, Maya Yusifova, Fatimə Misirova, Xuraman Məmmədova, Zinyət İbrahimova, Aydın Səfəov maddi yardımla, Vüqar İsmayılov, Bayram Bayramov, Turan Şəmiyeva, Rəşad İmamquluyev, Vüsalə Mürsəlova işlə və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiribləır.
Vertikal.az