“Report” xəbər verir ki, səyyahlara şəhərin tarixi haqqında məlumat verilib.
Onlar erməni vandalizmi nəticəsində dağıdılmış infrastrukturu gözləri ilə görüblər.
Xarici səyyahlar “İstisu”nu ziyarət edib və onların bəziləri orada çimiblər.
Xatırladaq ki, iyunun 16-da bir qrup tanınmış xarici səyyahın Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb. Səfərdə Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah iştirak edir. Ötən gün onlar Azıx mağarasını, Şuşanı və Ağdamı ziyarət ediblər.