Tərtərdə "Bədii Gimnastika üzrə 6-cı Bölgələrarası Kubok yarışı"na yekun vurulub
Tarix: 7-06-2022, 21:46 | Çap et


Tərtərdə "Bədii Gimnastika üzrə 6-cı Bölgələrarası Kubok yarışı"na yekun vurulub
İyunun 4-ü və 5-də ilk dəfə olaraq Tərtər Olimpiya İdman Kompleksində keçirilən "Bədii Gimnastika üzrə 6-cı Bölgələrarası Kubok yarışı"na yekun vurulub.
6-cı Bölgələrarası Kubok yarışında “Zirvə” İK, Sumqayıt OİK, Kürdəmir, Gəncə, Kür, Şirvan, Masallı, Zaqatala, İsmayıllı, Ağdaş, Göyçaydan 31-i fərdi, 4-ü isə qrup komandası olmaqla, ümumilikdə 44 gimnast qüvvəsini sınayıb.
İdmançılar fərdi (balacalar – 2012-2014-cü il, yeniyetmələr - 2010-2011-ci il, gənclər - 2007-2009-cu il) və qrup hərəkətləri proqramında (balacalar – 2012-2014-cü il) çıxış ediblər.



Fərdi gimnastlar çoxnövçülükdə, qrup hərəkətləri proqramında mübarizə aparan idmançılar isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə öz aralarında qalibləri müəyyənləşdiriblər.



Mükafatlandırma mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak edərək qalib idmançılara Federasiyanın medal və diplomlarını, eləcədə rayon icra hakimiyyətinin qiymətli hədiyyələrini təqdim etmişdir.
Sonda iştirakçılarla xatirə şəkli çəkilmişdir.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net