Vladimir Putin 3 ay aradan sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Tarix: 20-05-2022, 09:25 | Çap et


Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Vertikal.az “RİA Novosti”yə istinadən xəbər verir ki, toplantı videokonfrans formatında baş tutacaq.

Rusiya Təhlükəsizlik Şurası sonuncu dəfə fevralın 21-də toplaşaraq separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınması məsələsini müzakirə edib.

Bu dəfə tədbir iştirakçıları ölkənin informasiya infrastrukturunun təhlükəsizliyinin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Xüsusilə, informasiya texnologiyalarından istifadə zamanı yeni təhlükələrin nəticələrinin qarşısının alınmasına yönəlmiş tədbirlər nəzərdən keçiriləcək.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev qlobal informasiya məkanında Rusiyanın suverenliyinin gücləndirilməsi ilə bağlı əsas məruzə ilə çıxış edəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net