Azərbaycan və Türkiyə meşə yanğınları sahəsində birgə təlimlər keçirəcək
Tarix: 13-05-2022, 14:00 | Çap et
Azərbaycan və Türkiyə meşə yanğınları sahəsində birgə təlimlər keçirəcək

Azərbaycan və Türkiyə meşə yanğınları sahəsində birgə təlimlər keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryakinin görüşündə razılıq əldə olunub.

Təlimlər yaxın zamanlarda Türkiyədə keçiriləcək.

Bundan başqa, nazir müavinləri Azərbaycan və Türkiyə arasında meşələrin yanğından mühafizəsi və yanğınların söndürülməsi sahəsində əməkdaşlıq protokolunun detallarını müzakirə ediblər. Bildirilib ki, Azərbaycan meşə yanğınlarında istifadə etmək üçün Türkiyəyə təyyarə və helikopterlər verəcək.

Qeyd edək ki, E.Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdədir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net