Ermənistanda isterika yaşanır – may-iyun aylarında Laçın şəhərindən yan keçməklə çəkilən yeni yolun açılışı gözlənilir. Bu çox vacib addımdır, həm 10 noyabr anlaşmasında yer alıb deyə Rusiya və Ermənistan gedişata mane ola bilmir, həm də Azərbaycan çox sürətlə işləri aparır deyə Ermənistan reaksiya verməyə belə gec qalır.
DİA.AZ axar.az-a istnadla xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli laçın yoluna alternativ yolun çəkilişi haqda qeyd edib.
O bildirib ki, alternativ yolun özəlliyi bir tək Laçın şəhərinin tam bizim nəzarətə keçməsi deyil, həm Ermənistanın “Laçın dəhlizi” (yeri gəlmişkən, “dəhliz” ifadəsini tərgidək, onun əvəzinə ancaq “yol” ifadəsi işlədək – N.C.) adlandırdığı köhnə yoldan Xankəndiyə müxtəlif kommunikasiya xətləri gedir – işıq, qaz, internet və s. Yeni yolda isə bu kommunikasiya xətləri olmayacaq, Xankəndi şəhərimizin bütün təminatını özümüz həyat keçirəcəyik:
“İndi yeni yol üçün Həkəri çayı üzərindən yeni körpü tikilir (fotoda həmin yerdir), yaxınlıqda yerləşən kəndlərdən birinin sakini Sərkisyan təəccüblə deyib ki, elə bil Bakının yarısı burada işləyir, çox sürətlə çalışırlar, yəqin 1 aya işləri tamamlayacaqlar.
Bu gün işğaldan azad edilən bölgələrdə infrastruktur layihələrində çalışan azərbaycanlılar Əsgərimizin işini, əməyini tamamlamaqla məşğuldurlar”.