Ağdamda Qarabağ Atçılıq Zavodu tikiləcək
Tarix: 15-04-2022, 13:59 | Çap et
Ağdamda Qarabağ Atçılıq Zavodu tikiləcək

Ağdamda Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə atçılıq üzrə 4-cü dərəcəli usta Sərxan Tağıyev məlumat verib.

O bildirib ki, zavodun tikintisinə hazırlıq işlərinə başlanıb:

“Yaxın iki-üç ay ərzində zavodun tikintisinə başlanacaq. Zavod rayonun Eyvazxanlı kəndində inşa ediləcək. Zavod fəaliyyətə başlayandan sonra Qarabağ cins atlarının istehsalı başlanacaq”.

Qeyd edək ki, S.Tağıyev 30 000 min manat dəyərində olan “Sultan” adlı atın sahibidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net