Neftçalada sahibkarlara `RACON` KƏSƏN KİMDİR... - İLGİNC İDDİALAR...
Tarix: 15-04-2022, 10:27 | Çap et
Neftçalada sahibkarlara `RACON` KƏSƏN KİMDİR... - İLGİNC İDDİALAR...

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) Neftçala Suvarma İdarəsinin rəisi Elçin Əsdəovun barəsində indicə eşitdiyimiz xəbər bizi xeyli düşündürdü.
Və yadımıza müdrik atalar sözümüz düşdü:
SU sənəyi gec-tez SU-da sınar...
Bəli, Elçin Əsədov gec-tez taladığı, israf etdiyi, satdığı SU-yun bəlasına gəlməli idi.
Dəfələrlə yazmışıq ki, Ulu Öndər deyirdi ki, su təbii sərvətdir, onu israf etmək olmaz...ondan səmərəli istifadə etmək lazımdır.
Elçin Əsədov isə Allahın millətimizə bəxş etdiyi suyu baha qiymətə satmaqla məşğul idi.
Cənab Prezident İlham Əliyev müşavirədə əbəs yerə demədi ki, melorasiya sahəsində 40-50 faiz su itkisi çox böyük itkidir, bu problem aradan qaldırılmalıdır...
Bəli, 40-50 faiz su itkisinin arxasında Elçin Əsədov kimi “su müdirləri” dayanır.
Yəni onlar suyu israf edərək cibilərini doldurublar.
Başqa bir müdrik məsələdə deyilir ki, təbiətin qisası yaman olur, Elçin Əsədov...
Təbiətin ən gözəl neməti sudur.
Gördünmü axırda su da, təbiət də səndən qisasını almalı oldu.
Sözün qısası, “su sənəyi...” məsələsini əbəs yerə çəkmədik.
Daxil olan məlumata görə, Neftçala Su İdarəsinin müdiri Elçin Əsədov hamamda çimərkən boğulub.
Son məlumata görə, onu çox çətin durumda həkimə aparıblar.
Yayılan məlumatdan bəli olur ki, deyilənə görə, Elçin Əsədov hamamda əməlli-başlı istirahət təşkil edərək, dincəldiyi yerdə ürəyi gedib və...
Sözün qısası, Elçin Əsədov suyun bəlasına gəlib...
Biz əlbəttə, kiminsə kədərinə, o cümlədən Elçin Əsədovun başına gələnlərə sevinmirik. Amma...
Əmması odur ki, Allahın verdiyi nemətləri ( o cümlədən suyu ) talamaq, israf etmək olmaz.
Elçin Əsədova deyirik ki, sən vətəgələrdəki balaca balıqları günlərlə susuz qoyub pul tələb edəndə, bilmirdin ki, bir gün o balıqların ahı səni tutacaq..?
Bəli, məlumat üçün qeyd edək ki, Neftçala rayonunun ölkənin balıqla təmin olunmasında xüsusi yeri var.
Bəli, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət göstərir.
Elçin Əsədov rayonda fəaliyyət göstərən nohurların, balıq yetişdirilən göllərin suyunu istədyi vaxt dayandırıb, nə isə tələb edirdi. Nohurlarda susuz qalan balıqlar isə qırılırdı...
Həmin balıq göllərinin sahiblərinin Elçinə verdiyi hədiyyələr Neftçala rayonunun cəmi büdcəsindən dəfələrlə çox olar.
Elçin Əsədov balıq yetişdirən sahibkarlardan hər hektara görə, 200 alırdı.
İndi bu rəqəmi rayondakı 10 min hektara vursaq, hər ay 2 MİLYON edir.
Bəli, Neftçalada su kanallarını lil basıb iylədəndə, Elçin Əsədov dövlətin ayırdığı yüz minləri mənimsəyib istirahət zonalarında kef edirdi.
Hələ bu harasıdır..?
Elçin Əsədov təkcə dövlətin ayırdığı milyonları mənimsəmir, hətta suyun səviyyəsini nizamlayan şlüz qapılarını da metallom kimi satır.
Elçin Əsədov idarənin balansında olan texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb yüz minlər qazanır.
Biz hələ Elçinin tender oyunlarından aldığı “otkat”ları demirik.
Elçin Əsədovun bir sözü də Neftçalada zərb-məsəl olub. Hər yerdə deyir ki, “Bir meşok vermişəm ee…”
Elçin Əsədov, əmin ol ki, bir gün meşokdur, çuvaldır nədirsə, başına keçirib səni İsmayılın yanına aparacaqlar..
İdarəyə ayrılan tonlarla yanacağı, sürtkü yağlarını kənar adamlara sataraq milyonlar qazanmağını bir gün qabağına qoyub sorğu-sual edəcəklər.
Bütün sosial şəbəkədə Neftçaladan olan iş adamları yazır ki, Elçin Əsədov Neftçala Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarıb mənimsəyir.
Görəsən, bundan artıq nə yazmalıyıq ki, ASC-nin rəhbərliyi, yaxud hüquq-mühafizə orqanları Elçin Əsədovun əməllərini qabağına qoyub qandallasınlar və köhnə dostu sabiq icra başçısı İsmayıl Vəliyevin yanına Kürdəxanıya aparsınlar.
Amma deyəsən, bu 40-50 faiz dediyimiz su bir gün sel olub Elçin Əsədovu aparacaq...
P.S Elçin Əsədovun bir sözü ilə yazını bitiririk:
Mən yazıq 2 icra başçısı saxlayıram, biri türmədə, biri də vəzifədə.
Qoy bu sözdən Neftçalanın yeni icra başçısı nəticə çıxartsın.
Birdə onu demək istəyirik ki, Elçin müəllim deyirmişsənki getmişdim falçıya Gündəlik Bakının dilini-ağzını bağlatmışam, amma Elçin müəllim deyəsən düz deyirmişsən yadımızdan çıxmışdın.
Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net