Hansı bankların rəhbərləri həbs oluna bilər?
Tarix: 14-05-2015, 14:39 | Çap et
Hansı bankların rəhbərləri həbs oluna bilər?
Vahid Əhmədovun açıqlamasından sonra «Unibank» və «Bak Of Baku»nun adları hallanır
Məlum olduğu kimi, Azərbaycanda maliyyə fırıldaqçılığında ittiham edilən bir neçə iş adamı həbs edilib. Həbs edilənlər sırasında “PNN Group” şirkətinin rəhbəri Nizami Piriyev, Globus Plaza”nın sahibi Dünyamin Xəlilov, Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov, “Avesta” şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmli və digər iş adamlarının adı hallanır.
JAM.AZ xəbər verir ki, hadisələrin gedişatı fonunda daha bir sensasiyalı açıqlamanı deputat Vahid Əhmədov verib. O Azvision.az-a açıqlamasında bildirib ki, bəzi bankların rəhbərləri də «maliyyə xəyanəti» prosesində bilavasitə iştirak edib. Və onların bəziləri həbs olunacaq. «Həbslər dalğası hələ də davam edəcək. Həbslərin əhatə dairəsi genişlənəcək. Çünki burada külli miqdarda vəsaitin mənimsənilməsindən, dövlətə olan borcalardan və devalvasiya prosesindən sui-istifadə hallarından söhbət gedir».
Millət vəkili həmçinin qeyd edib ki, bəzi bank rəhbərlərini də həbslər gözləyir: “Dövlətin, xalqın etibar ilə bank rəhbəri vəzifəsinə təyin edilən bütün şəxslər qanun çərçivəsində hərəkət etməlidirlər. Onlar verilən kerditlərin vaxtında geri qaytarılmasına, normal faiz dərəclərinin tətbiqinə çalışmalıdırlar. Ancaq kimliyindən aslı olmayaraq, Azərbaycanda qanunu kobud formada pozan və küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”.
Vahid Əhmədov bəzi banklar deyərkən kimləri nəzərdə tutduğu barədə heç bir açıqlama verməyib. JAM.AZ-ın əlinə keçən məlumatlarda isə vurğulanır ki, maliyyə xəyanəti prosesində adı keçən və artıq haqlarında ciddi araşdırma aparılan banklardan ikisi məlumdur. Məlumatda iddia edilir ki, «Bank of Baku» və «Unibank»ın proseslə bağlı ciddi şəkildə başı ağrıyacaq.
Qeyd edilir ki, bu bankların rəhbərləri iri həcmli kerditlər verərək, bununla bəzi maxinasiyalara imza atıblar. Və hüquq mühafizə orqanları artıq prosesi nəzarətləri altına alaraq, yoxlamalara hazırlaşırlar. Mövzu ilə bağlı araşdırmamız davam edir. Adları çəkilən bankların da mövqeyini öyrənməyə çalışırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net