“Araikin başına torba keçirilirək Bakıya gətirilmlidir” - Başqa yolu YOXDUR!
Tarix: 15-03-2022, 12:41 | Çap et
“Araikin başına torba keçirilirək Bakıya gətirilmlidir” - Başqa yolu YOXDUR!

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı Xocavənd rayonunun Tağaverd kəndindən yeni videogörüntülər yayılıb.

Videoda səsgücləndirici ilə Azərbaycan dilində 10 noyabr Bəyanatının ilk bəndləri səsləndirilib və “atəşkəs” çağırışı edilib.

Lakin görünən odur ki, Bəyanatın 4-cü bəndi “unudulub”. Kadrlarda ən çox diqqət çəkən isə odur ki, Bəyanat səsləndirilərkən erməni silahlıları rus sülhməramlılarının qarşısında çox rahat şəkildə hərəkət edirdilər. Əslində 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən, rus sülhməramlıları Qarabağa daxil olan kimi paralel olaraq erməni silahlı dəstələri çıxmalı idi. Amma indiyə qədər bu baş verməyib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan həmin video ciddi narazılığa səbəb olub. Dia.az-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, 10 noyabr Bəyanatının 4-cü bəndi elə ilk gündən pozulub:

“Həmin bənddə nəzərdə tutulmuşdu ki, sülhməramlı adlandırılan rus hərbçilərinin əraziyə daxil olmasıyla paralel erməni silahlıları Azərbaycan ərazilərini tərk etməlidir. Lakin Bəyanatın həmin bəndinə əməl olunmadı və erməni hərbi birləşmələri Azərbaycan ərazilərində qalmaqda davam etdi. Bütün bu proses sülhməramlı adlanan rus hərbçilərinin gözü qarşısında baş verir. Hətta sonrakı dövrdə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında belə rəsmi Moskvanın Qarabağda olan erməni hərbçiləri ilə bağlı mövqeyinin nümayiş olunduğunu gördük. Nazirliyin rəsmi saytında “Dağlıq Qarabağın hərbi birləşmələri” kimi təqdim olundu. Yəni Rusiya tərəfi sanki onlara rəsmi status verməyə çalışdı”.

Partiya sədri qeyd edib ki, ölkəmizin ərazisində Azərbaycanın Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və güc strukturlarına tabe olmayan heç bir silahlı birləşmə qala bilməz:

“Onlar terrorçu qruplaşma elan olunmalı və təcili tərksilah edilməlidirlər. Həmçinin, Qarabağdakı erməni silahlı dəstələri Azərbaycan qanunvericiliyi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Əks halda, həmin erməni terrorçuları özlərini daha da sərbəst hiss etməyə başlayacaq və yenə də terror aktları həyata keçirməyə çalışacaqlar. Lakin Azərbaycan mütləq mənada öz ərazilərində antiterror əməliyyatları keçirmək hüququnu özündə saxlayır. Hətta yaxın zamanda ölkəmizin antiterror əməliyyatına başlayacağını proqnozlaşdırıram”.

Arzuxan Əlizadə bəyan edib ki, erməni silahlılarının bu addımı meydan oxumaqdır:

“Təbii ki, onlara ən sərt formada cavab verilməli və zərərsizləşdirilməlidirlər. Hesab edirəm ki, separatçıların rəhbərləri, Araik Arutunyan də başına torba keçirilərək Bakıya gətirilməli və məsuliyyətə cəlb olunmalıdırlar. Bu şəkildə addımlar atılmadıqca, onların meydan oxuması və belə addımlar atması güclənəcək. Bunun qarşısı təcili surətdə alınmalıdır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net