Tərtərdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər aparılır
Tarix: 17-02-2022, 10:38 | Çap et
Tərtərdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər aparılır

Covid-19-un mutasiyaya uğramış Omicron virusunun yayılma təhlükəsinə qarşı mübarizə tədbirlərinin aparılması və karantin rejimi qaydalarına ciddi əməl olunması məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin əməkdaşları və yaradılmış Mobil Qrupun üzvləri tərəfindən Tərtər şəhərində növbəti monitorinq aparılmışdır.

Monitorinq zamanı şəhər sakinləri, ticarət və ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər aparılmış, tibbi maskadan, gigiyenik vasitələrdən istifadə etməyin və booster dozadan keçməyin vacibliyi bir daha qeyd olunmuşdur.

Qeyd edək ki, bu cür tədbirlərin əsas məqsədi əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Tərtərdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər aparılır

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net