“Kanal 24”-də yenə də araşdırılmamış faktlarlarla bağlı çəkiliş vermişdir
Tarix: 1-01-2022, 14:37 | Çap et
“Kanal 24”-də yenə də araşdırılmamış faktlarlarla bağlı çəkiliş vermişdir

28 dekabr 2021-ci il tarixdə “Kanal 24”-də yenə də araşdırılmamış faktlar pafoslu başlıq altında-“İcra başçısı vətəndaşa kömək etmək əvəzinə zibil yığmaq təklif etdi-Tərtərdə biabıqçılıq” çəkiliş verilmişdir.

Əvvəla çəkilişi verən kanala Tərtər Rayon İcra hakimiyyəti adından bildiririk ki, Kəlbəcər rayonunun Bağlıpəyə kəndindən məcburi köçkün düşmüş İsmayılov Bəhrəm Sahib oğlu 3 ildir ki, “Dost” İş Mərkəzinin Tərtər rayonu üzrə haqqı ödənilən ictimai işlərə cəlb edilib və aylıq əməkhaqqı 250 manatdır. Vətəndaş işlə təmin olunubsa və əgər o, məişət tullantılarını toplayarkən əlavə qazanc əldə etmək üçün dəmir qutuları toplayıb satırsa bunun rayon icra hakimiyyəti başçısı ilə nə əlaqəsi var? “Kanal 24”ün Tərtər Rayon İcra hakimiyyəti başçısından istədiyi nədir? Nə üçün faktlar araşdırılmamış çəkilişlərinə verdiyi ibarəli şərhlərdə rayon icra hakimiyyəti başçısını ittiham edir?

Sayt əməkdaşının səriştəsizliyinin və savadsızlığının, qanunlardan xəbərdar olmamasının nəticəsidir ki, o, bilmir ki, 44 günlük Vətən müharibəsində mülki əhalinin şəxsi əmlaklarına dəymiş ziyanla bağlı onların evlərini rayon icra hakimiyyəti deyil, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi altında podratçı şirkətlər baxış aktları əsasında təmir edir. İcra başçısı tərəfindən onların işlərinə heç bir müdaxilə edilmir.

Bəhrəm İsmayılov Mahir Əsədov küçəsində həyətyanı torpaq sahəsi kimi zəbt etdiyi əraziyə vaqon qoyaraq yaşayıb. Vətən müharibəsində onun yaşadığı vaqona zərər dəydiyi üçün işçi qrupu tərəfindən 16 yanvar 2021-ci il tarixdə yaşayış yerinə baxış keçirilib, təmir kateqoriyasına aid edilib, plastik kartına 1000 (min) manat pul köçürülüb. Vaqon şirkət tərəfindən təmir olunaraq vətəndaşa təhvil verilib. Sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri Bəhrəm İsmayılovun evinə təkrar baxış keçirmiş, onun razılığı ilə vətəndaşa mişar daşından birotaqlı evin tikilməsi üçün tikinti materiallarını və usta pulunu verib və otağın tikintisi başa çatıb. Vətəndaş həmin otağın yanında əlavə olaraq özü iki otağın da tikintisinə başlayıb və şirkətdən özünün tikdiyi otaqların da tikintisini başa çatdırmağı tələb edir. Odur ki, Bəhrəm İsmayılovun şikayəti əsassızdır.

Əsassız vətəndaş şikayətlərini şişirdərək çəkilişlər verməklə “Kanal-24” nə qazanır, bax bu kanalın izləyiciləri üçün də çox maraqlıdır. Nə üçün “Kanal-24”ün əməkdaşları qeyri-peşəkarlıq və qeyri-etik davranış nümayiş etdirərək araşdırma aparmadan bütün çəkilişlərində icra başçısının adını hallandırmaqla onun işgüzar fəaliyyətinə kölgə salmağa çalışır?

Yaxşi olar ki, növbəti dəfə “Kanal-24” izləyicilərinə bu barədə açıqlama versin.

Tərtər Rayon İcra Hakimiyyəti




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net