Saatlıda dövlətə ŞƏRİK ÇIXAN VAR... - İDDİA
Tarix: 24-12-2021, 15:34 | Çap et
Saatlıda dövlətə ŞƏRİK ÇIXAN VAR... - İDDİA
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Saatlı Suvarma Sistemləri İdarəsinin elan etdiyi tenderin qalibi məlum olub. DİA.AZ xəbər verir ki, bu barədə Yenixeber.org məlumat yayıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Saatlı Suvarma Sistemləri İdarəsinin maşın-mexanizimlərin ehtiyat hissələrinin alınması ilə bağlı elan etdiyi müsabiqənin qalibi “RETRO HOLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. 17.12.2021-ci il tarixdə start götürən müsabiqəyə dörd gün sonra-21.12.2021-ci ildə yekun vurulub.
“RETRO HOLDİNG” MMC Saatlı Suvarma Sistemləri İdarəsinin sifarişi ilə maşın-mexanizimlərin ehtiyat hissələrinin alınması işlərini həyata keçirəcək və qarşılığında 161260 manat alacaq.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Saatlı Suvarma Sistemləri İdarəsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən...(?) Saatlı Suvarma Sistemləri İdarəsi bu MMC-ni seçib və 161260 manat büdcə vəsaitini etibar edib...

Saatlı Suvarma Sistemləri İdarəsi həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə-beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satın alınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Saatlı Suvarma Sistemləri İdarəsi nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki? Həm də, tələm-tələsik-tender elan olunandan dörd gün sonra???

Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi hörmətli Tahir Rzayevə ünvanladığımız elektron sorğuya hələ ki, cavab ala bilmirik(?)

“RETRO HOLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyətindən də suallarımıza cavab ala bilmədik... İnternet üzərindən araşdırma cəhdlərimizdən şirkətin ünvanı-Xəzər rayonu, Buzovna qəs., Sabir küç., 22 A- məlum olsa da, əlaqə vasitələrinə rast ola bilmədik(?) Bir də o məlum oldu ki, “RETRO HOLDİNG” MMC daha da böyük məbləğli tenderlərin qalibi kimi tanınır...

Mövzunun davamı olacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net