Vertikal.az: - Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilən Zəngilan rayonunda toy mərasiminin keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİA.AZ-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, bəzi sosial şəbəkə hesablarında Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçiriləcəyinə dair yayılan məlumatlar həqiqətə uyğun deyil.
"Hazırda həmin kənd ərazisində yenidənqurma və bərpa işləri davam etdirilir. Quruculuq işləri yekunlaşdıqdan sonra qısa zaman ərzində soydaşlarımızın öz doğma torpaqlarımızda məskunlaşdırılması planlaşdırılır".