Qubada dörd körpə ilə küçədən qalan ailə Prezidentdən KÖMƏK İSTƏYİR - “İcra hakimiyyətində məni döydülər”
Tarix: 20-12-2021, 12:07 | Çap et
Qubada dörd körpə ilə küçədən qalan ailə Prezidentdən KÖMƏK İSTƏYİR - “İcra hakimiyyətində məni döydülər”
Quba sakini olan Elşən Müslümov 4 uşağı ilə Prezident Administrasiyasının qarşısına gələrək dövlətdən kömək istəyib.
Vertikal.az reportyor.info-ya istinadən bildirir ki, evi yanıb, körpələri ilə bir yerdə küçələrdə qalıb. Onun sözlərinə görə, nə evində çörəyi var, nə balalarının qarnını doyura bilir.
“Mən ev yanandan bir neçə dəfə bura gəlmişəm, həmişə Quba rayon icra hakimiyyətinə yönəldiblər. Ayaq sümüyümdə infeksiya var, mikrob qanıma keçsə ölə bilərəm. Mənim bir qəpiyim yoxdur ki, ayağımı əməliyyat etdirim. Özüm ağrıdan ölürəm, uşaqlarım da acından…”
E.Müslümov deyir ki, ikinci əsas istəyi evi yanandan sonra mənzillə təmin olunmasına köməklik göstərilməsidir: “İki balam imkansızlıqdan xəstəxanada öldü, 4 bala ilə küçədə qalmışam.
İcrada deyirlər ki, uşaq dünyaya gətirəndə mənə demisən? İcazə almalıydım? Deputat Vahid Əhmədova da müraciət etdim, dedi icra başçısına yönəldəcəm.
Amma icra başçısı maraqlanmadı. Gəlsin evimə, baxsın soyuducumda nəsə var? Deyirlər ki, artistlik edirsən. “Artistlik edirəm” deyənlərin başına gəlsin. Dörd uşaqla sürünürük”.
Vətəndaş bildirir ki, icra hakimiyyətində Yaşar Məmmədov onu hədələyib: “Dedi ki, bir də Bakıya şikayətə getsən, səni tutduracağıq. Bəs mən balalarımla harada yaşayım? Özümü yandırmağa cəhd elədim, Yusif Abidov, Yaşar Məmmədov məni döyməyə başladılar, Loğman müəllim sağ olsun, məni xilas elədi.
Prezidentə şikayət etdikdən sonra məktəbdə mənə yer verildi. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi qarşısında da özümü yandırmağa cəhd elədim, birinin əli də yandı. Mən dövlətdən, Prezidentdən, xalqımızdan, millətin imkanlı şəxslərindən kömək istəyirəm”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net