“Sərhəddə atışmalar davam edəcək, 6 kənd isə Azərbaycana veriləcək” - Boris Avaqyan
Tarix: 13-12-2021, 12:37 | Çap et
“Sərhəddə atışmalar davam edəcək, 6 kənd isə Azərbaycana veriləcək” - Boris Avaqyan
Qarabağdakı qondarma rejimin keçmiş “fövqəladə hallar naziri” Boris Avaqyan Ermənistanda bundan sonra baş verəcək hadisələrlə bağlı açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.

Avaqyan iddia edib ki, gələcəkdə Paşinyan və onun “dostları”nın (Qərbi nəzərdə tutur) təşkil etdiyi sərhəd atışmalarının kəskinləşməsi baş verəcək. “Ölənlər və yaralananlar olacaq. Bundan sonra Paşinyan deputatlara 6 kəndin olub-olmaması ilə bağlı səsvermə üçün Milli Məclisə təklif verəcək. Tavuşlular razılaşacaq və həmin kəndlər Azərbaycana təhvil veriləcək”.

“Sərhəddə atışmalar davam edəcək, 6 kənd isə Azərbaycana veriləcək”

Avaqyanın fikrincə, Ermənistan müxalifətinin pərakəndəliyi və ona inamsızlıq ucbatından irimiqyaslı küçə aksiyaları təşkil etmək mümkün olmayacaq. “Onlar kiçik qruplar şəklində Hökumət binası qarşısında qışqıracaq, sonra polis onları dağıdacaq. Bundan sonra heç kim yığışmayacaq. Çünki qışda soyuq olur. Bu arada demarkasiya prosesi həyata keçiriləcək və Paşinyan nəzarətində olan media və sosial şəbəkələr vasitəsilə hər şeyin rusların günahkar olduğunu, guya rusların onu buna məcbur etdiyini yayacaq. Zombilər bunu udub hər şeydə Putini günahlandıracaq. Paşinyan və dəstəsi isə məxməri kreslolarında sakit oturub sənin hesabına bahalı BMW almağa davam edəcək”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net