Nazir: “Zəngəzur dəhlizi ilə Türkiyə-Azərbaycan əlaqələri daha da möhkəmlənəcək”
“Gələcək illərdə Azərbaycanla birlikdə tranzit bağlantılarla əlaqədar ortaq layihələrimiz olacaq”.
APA-nın məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
O bildirib ki, Zəngəzur dəhlizi və Naxçıvan tranzit yolu vasitəsilə əlaqələr daha da möhkəmlənəcək.
“Bakı-Tbilisi-Qars xəttinin tikintisinin başa çatması nəticəsində Türkiyə ixracatda mühüm nəticələr əldə edib. Türkiyə gələcəkdə dəmiryolu xəttinə yatırımı artıracaq”, - nazir vurğulayıb.