Müharibəyə iki gün qalmış məlumat ələ keçirdik ki… - Paşinyan
Tarix: 28-10-2021, 10:25 | Çap et
Müharibəyə iki gün qalmış məlumat ələ keçirdik ki… - Paşinyan

Ermənistan Azərbaycanla müharibə ərəfəsində olduğu barədə ölkə rəhbərliyinə mütəmadi olaraq, xüsusilə, 2011-ci ildə Kazan danışıqlarındakı uğursuzluqdan sonra məlumat verilib.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, bu tip məlumatların 2018-ci ildən sonra da gəldiyini bildirib:

“Mən baş nazir oldum. O zaman mütəmadi olaraq məlumatlar peyda olurdu ki, Azərbaycan müharibəyə hazırlaşır. Bunu əvvəlki hakimiyyət də bilirdi. Serj Sərkisyan parlament tribunasından hətta bir dəfə bəyan etdi ki, biz müharibəni hər an gözləməliyik”.

Paşinyanın sözlərinə görə, praktik olaraq hər gün hərbi fəaliyyətlərin yenilənməsinin mümkünlüyü haqqında informasiyalar gəlirdi, dövlətin institutları müxtəlif mənbələrdən daxil olan informasiyaları filtrdən keçirərək, qiymətləndirmə edirdi:

“Xatırlayıram ki, müharibənin başlanmasına iki gün qalmış bizə kifayət qədər inandırıcı olan ələ keçirilmiş radio-məlumat daxil oldu. Lakin bu vaxta qədər də bizə bənzər informasiyalar daxil olurdu...”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net